Bakının Nərimanov rayonunda avtomobil naməlum piyadanı vurub.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
"99-FC-340" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişini vurub. Zərərçəkmiş hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun şəxsiyyətini hələlik müəyyənləşdimək mümkün olmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.