Bakıda qadın rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət edib

Bakının Sabunçu rayonunda yaşlı qadının evi qarət olunub.


Hadisə Stansiyayanı küçəsində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Hümbətova Simuzər Qasım qızı rəfiqəsini evinə qonaq dəvət edib. Qonaq evdə qadının baş nahiyəsinə küt alətlə zərbə endirib. Nəticədə ev sahibi huşunu itirərək yerə yıxılıb. Daha sonra hadisəni törədən şəxs evdən qızıl-zinət əşyalarını oğurlayaraq özü ilə aparıb. S.Hümbətova ağır xəsarət ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.




[email protected]