Rayon rəhbəri qəzada dağılmış maşınını gizlədib

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun dəhşətli qəzanın iştirakçısına çevirilməsi haqda yazmışdıq.


 

 

 

 

 

 

 

 

"Şəmkirin icra başçısı ölümdən döndü - gizlədilən bir avtoqəzanın ilginc təfərrüatları”(http://musavat.com/news/semkirin-icra-bascisi-olumden-dondu-gizledilen-bir-avtoqezanin-ilginc-teferruatlari_427261.html) sərlövhəli yazıda A.Məmmədovun köməkçisi Mahir Əliyevin idarə etdiyi Şəmkir İcra Hakimiyyətinə məxsus Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli "Toyota Land Cruiser” markalı avtomobillə qəza törətdiyi haqda məlumat verilirdi. Qeyd olunurdu ki, qəza M.Əliyevin qəfil manevri və yüksək sürətlə qarşı yola çıxması üzündən baş verib. Nəticədə qarşı yolla hərəkətdə olan "Qaz-31” markalı avtomobilə çırpılıb. Nəticədə "Qaz – 31”-in sürücüsü Həsən Hüseynov ağır bədən xəsarəti alıb.

Martın 24-də baş verən avtoqəza A.Məmmədovun göstərişi ilə qəza gizlədilib. Aldığımız son məlumatda deyilir ki, bu haqda xəbər "Yeni Müsavat”ın son sayında dərc olunandan sonra icra başçısının qəza zamanı dağınıq duruma düşmüş maşınının gizlədilməsi üçün addımlar atılıb. Belə ki, nəqliyyat vasitəsini martın 24-də qəzadan sonra aparılan ünvandan çıxarıblar və Şəmkirin Dəllər qəsəbəsinə aparıblar. Orada nəqliyyat vasitəsi Rafiq adlı ustanın həyətindədir.

Aldığımız digər məlumatda deyilir ki, Azərbaycanın bütün rayonlarının icra hakimiyyətləri Prezident Adminstrasiyasına hər gün rayonda baş verən qəza, yanğın, ölüm işi və s ilə bağlı məlumat verirlər. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov düşdüyü avtoqəza isə istisna olub. Prezident Adminstrasiyasına A.Məmmədovun iştirakçısına çevirildiyi qəza haqda məlumat verilməyibmiş.


 




[email protected]