Sabiq prezident həbsdə

Martın 31-nə keçən gecə Cənubi Koreyanın sabiq prezidenti Pak Kın He tutulub. Novator.az-ın məlumatına görə, Pak Kın He böyük rüşvət qalmaqalında şübhəli bilinir. Onun "Samsunq” şirkətindən külli miqdarda rüşvət alınmasına bağlı olduğu, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək gizli informasiyanı üçüncü şəxsə ötürdüyü bildirilir. Bütövlükdə bu iş üzrə 30-dan çox şəxs ittiham olunur.

Sabiq prezident həbsdə

Ötən il dekabrın 9-da Cənubi Koreya parlamenti prezidentin istefasına səs verib. Pak Kın Henin istefaya göndərilməsi müxalifətin təşəbbüsü olub. Prezident dövlət vəzifəsi tutmayan rəfiqəsi Çoy Sun Sili hökumət işlərinə qarışdırmaqda günahlandırılıb. Hazırda həbsdə olan Çoy Sun Silə korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.

Bu il martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Heni istefaya göndərilməsi barədə qərarı təsdiqləyib.

Pak Kın He 2012-ci ildə prezident seçilmişdi. O, ölkənin ilk qadın prezidenti idi.




[email protected]