Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

Axşam saatlarında Gədəbəy rayonunun İnəkboğan kəndində yerli sakin bıçaqlanıb.

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

"Report"un Qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü rayon sakini Tağıyev Elçin Zirəddin oğlunun hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
O, əvvəl Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.




[email protected]