"İçerde" serialında "Küdret" obrazını canlandıran Uğur Yücel çəkilişlər zamanı çətin anlar yaşayıb.
İctimaifikir.az-ın Axşam.az-a istinadən məlumatına görə, ötən həftə yayımlanan seriyada aktyor diri-diri "məzara qoyulub". Bunun üçün tabutun içinə girməli olan U.Yücelin halı pisləşib. 5 dəfə təkrarlanan səhnədən sonra aktyor qorxduğunu etiraf edib:
"Qapalı və dar yerdə qalma qorxum var. Üzərimə bir də torpaq atılınca halım pisləşdi. Canlı-canlı tabuta girmək nə pis imiş".
[email protected]