"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi

Mark Zukerberq "Facebook"da da "Story" (Hekayə) funksiyasını aktiv edib.

"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi

Ictimaifikir.az axşam.az-a istinadən bildirir ki, o, İnstaqram və "WhatsApp"da olduğu kimi "Facebook Messenger" və "Facebook mobile" versiyaları üçün bu funksiyanı artırıb.

Buna səbəb isə Markın "Snapchat"ı ala bilməməsidir. O, buna görə bir müddətdir göz dikdiyi "Snapchat"da olan özəllikləri öz sahibi olduğu proqramlarda tətbiq edir.

 

Hazırda, sadəcə, bəzi istifadəçilərdə aktiv olan bu xüsusiyyət qısa müddət ərzində iOS və Android istifadə edən hər kəsdə olacaq.




[email protected]