Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"

Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib.

Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"

İctimaifikir.az axşam.az-a istinadən bildirir ki, o, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.

N.Kurtulmuş bu proqramların adət-ənənəyə, inanclara və mədəniyyətə zidd olduğunu, türk ailəsinə yaraşmadığını bildirib:

 

"...Deyirlər, reytinqi yüksəkdir. Lazım deyil o reytinqlər. Ailə institunu məhv edirlər, ailə məhrəmiyyətini, sirrini dağıdırlar. Çox əcaib proqramlardır. Qarşıdakı müddətdə böyük ehtimallar verilişlərin bağlanması üçün qərar qəbul ediləcək".




[email protected]