"Cesur ve Güzel"in aktrisası məhkəmədə ifadə verdi

Cesur ve Güzel" serialının aktrisası Devrim Yakut və əri Alper Kut məhkəmədə ifadə veriblər.

"Cesur ve Güzel"in aktrisası məhkəmədə ifadə verdi

İctimaifikir.az axşam.az-a istinadən bildirir ki, onlar iki il əvvəl Devrimin ad günündə baş verən dava ilə bağlı şahidlik ediblər.

Cütlüyün ifadəsinə görə, aktrisa və əri doğum günündə bir kafedə olub. Aktrisa həmin anda rastlaşdığı tələbəsi Güldestan və dostu Sidar Aymanı masalarına dəvət edib. O zaman masaya rejissor Rza Sönmez də gəlib. Söhbət əsnasında S.Ayman rejissor Nuri Bilge Ceylanı tənqid edib və R.Sönmez buna qarşı çıxıb. İkili əlbəyaxa olublar. S.Ayman rejissoru vurub. Sönmez də polisə şikayət etdikdən sonr cinayət işi açılıb.

 

Hadisədən iki il sonra aktrisa məhkəmədə olanları danışıb.




[email protected]