Rusiyanı "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsində Yuliya Samoylova təmsil edəcək.
"İctimaifikir.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Yuliya Samoylova ölkəni Kiyevdə təşkil olunacaq yarışmada "Layt" mahnısı ilə təmsil edəcək.
27 yaşlı Yuliya Samoylova uşaq yaşlarından əlil arabasında gəzir. O, I qrup əlilidir.
Qeyd edək ki, "Eurovision-2017"nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.