Türkmən rejissora Qarabağ xalçası hədiyyə olunub

Moskva şəhərində SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, görkəmli Türkmənistan kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mətbuat xidmətindən verilən məlumat verilib.

Türkmən rejissora Qarabağ xalçası hədiyyə olunub

Yubiley gecəsində Xocaqulu Narlıyevi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından ittifaqın katibi, xalq artisti Oqtay Mirqasım təbrik edib.

Yubilyara Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından Qarabağ xalçası hədiyyə olunub.




[email protected]