Türkiyənin məşhur cütlüyü Burak Özçivit ilə Fahriyə Evcen nişanlanıb.
İctimaifikir.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özçivit dekabr ayında, öz doğum gününü qeyd etdiyi məkanda qarşısında diz çöküb evlənmə təklif etdiyi sevgilisi Fahriyəyə elçi düşüb. Qız istəmə mərasimi dünən Almaniyanın Solingen şəhərində reallaşıb.
Fahriye Evcen və Burak Özçivit Almaniyaya gedə bilmək üçün rol aldıqları "Ölənə qədər" və "Kara sevda" seriallarının prodüserlərindən icazə alıb. Cütlük birlikdə Evcenin ailəsinin yaşadığı Solingenə gedib. Dünən axşam aktrisanı ailəsindən istəyən Özçivit aldığı müsbət cavabla birlikdə sevgilisinin barmağına nişan üzüyünü taxıb. Sevgililər iyun ayının sonunda toy etməyi düşünür.