Türkiyəli məşhurlar Aslı Enver və Murad Bozun ayrılma xəbəri yayılıb.
"İctimaifikir.az"ın axşam.az-a istinadən xəbərinə görə, Enver müsahibəsində məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, bu xəbərə, sadəcə, gülüblər:
"Bir ildir sevgiliyik. Gözəl münasibət yaşayırıq. Həmin gün səhəri bu xəbərlə açdıq. Əvvəl qəzetə, sonra bir-birimizə baxıb güldük. İnsan özü ilə bağlı gerçək olmayan nəsə görəndə pis olur, amma edəcək heç nə yoxdur".