Baş rol xəstəsi deyiləm.
Bu sözləri xalq artisti Firəngiz Mütəllibova son zamanlar film sahəsində baş rollara çəkilməməsi haqda danışarkən deyib. O, baş rola iddalı olmadığını bildirib:
"Vaxtı ilə çox baş rollara çəkilmişəm. İndi isə rol seçmirəm. Bunun dünya praktikasında da çox nümunəsi var. Məsələn, hind filminin ulduzlarından biri Şahrux Xan artıq hanısa bir filmdə çox qısa görünür. Əgər hansısa bir qadının həyatının işləndiyi bir film olsa, ssenarini bəyənsəm, çəkilərəm. Ən son "Bayram axşamı” filmində kiçik bir epizoda çəkildim. Düşünürəm ki, bu mənə də tamaşaçıya da bəs etdi”.