“Karib dənizinin quldurları” seriyasından yeni filmin treyleri rekord baxış topladı

Məşhur amerikalı aktrisa və teleaparıcı Ellen Li DeCeneresin "YouTube” kanalı "The Ellen Show”da "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” filminin treyleri yerləşdirilib.

 “Karib dənizinin quldurları” seriyasından yeni filmin treyleri rekord baxış topladı

Baş rollarını Conni Depp və Havyer Bardemin oynadığı filmin treyleri 1 sutka ərzində 1,8 milyondan çox baxış toplayıb.

 

İki dəqiqəlik videoda filmin qəhrəmanı Cek (C.Depp) və onun antaqonisti, qorxunc kapitan Salazar əks olunub. Düşmənlə mübarizədə qəhrəmanın köməyinə astronom Karina Smit (Kaya Skodelaario) və dənizçi Henri (Brenton Tuets) yetişir.   

 

Rollarda Orlando Blum, Ceffri Raş, Devid Uenem, Stiven Qrem də çəkilib. Rejissorlar Hoakim Ronninq və Espen Sandberqdir.

 

Filmin mayın 26-da ekranlara çıxacağı gözlənilir.




[email protected]