Türkiyə bayrağı altında üzən "Hacı Telli” adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb.
"İctimaifikir” "T24”ə istinadən xəbər verir ki, gəminin göyərtəsində 11 nəfər olub.
Məlumata görə, onlardan 7-si sərbəst buraxılıb, 4 nəfər isə girov götürülüb.
Xəbərdə bildirilib ki, 5 nəfərdən ibarət silahlı qrup gəmiyə çıxaraq 4 nəfəri zorla qaçırıblar.
Girov götürülənlərin kimliyi və vətəndaşlığı hələlik məlum deyil.