Barbadoslu ifaçi Rihanna "İlin xeyriyyəçisi” adını layiq görülüb.
"İctimaifikir” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ada Harvard Universiteti tərəfindən layiq görülüb. 29 yaşlı Rihannanın Karib adalarında təhsil və səhiyyəyə göstərdiyi yardım diqqətdən yayınmayıb.
"Uşaq olarkən özümə Afrikadakı körpələrə yardım edəcəyimi deyirdim. Düşünməzdim ki, həqiqətən belə bir imkanım olacaq”,-deyə Rihanna qeyd edib.