Ukrayna Prezidenti Pyotr Poroşenko Donetsk ərazisində yerləşən müəssisələrin terrorçular tərəfindən özəlləşdirilməsi ilə bağlı açıqlama verib.
Ictimaifikir.az xəbər verir ki, Poroşenko Böyük Britaniya və Polşa XİN rəhbərləri ilə görüşündə rusiyalı separatçılara qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O vurğulayıb ki, Donetskdə müəssisələrin qanunsuz şəkildə mənimsənilməsi Ukrayna qanunvericiliyinə ziddir və artıq sanksiyalar tətbiq edilib.
Ukrayna aktivlərinin müsadirəsinin Rusiyanın işğalının göstəricisi olduğunu deyən Poroşenko Kremli ittiham edib.
Qeyd edək ki, bu gün Donetsk separatçılarının rəhbəri Aleksandr Zaxarçenko ilə rusiyalı kuratorların telefon danışığı yayılıb. Tərəflər Donetskdəki müəssisələrin milliləşdirilməsi və oradan əldə ediləcək gəlirlərin müzakirəsini aparıblar.