SON XƏBƏRLƏR
Malayziya KXDR ilə vizasız rejimi ləğv edir

Malayziya hakimiyyəti Şimali Koreya ilə vizasız rejimi ləğv etmək qərarına gəlib.

Bu barədə ölkənin baş nazirinin müavini Əhməd Zahid Həmidiyə istinadən "Bernama" agentliyi məlumat yayıb.

Həmidinin sözlərinə görə, müvafiq addım təhlükəsizlik məqsədi ilə atılıb.

Koreya Xalq Demokratik Respublikası vətəndaşları üçün viza rejimi martın 6-dan qüvvəyə minəcək.




[email protected]