SON XƏBƏRLƏR
Donald Tramp ABŞ Konqresindən infrastrukturun bərpası üçün 1 trln. dollar istəyib

ABŞ-ın infrastrukturunun yenilənməsi üçün 1 trln. dollara ehtiyac var.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində bildirib. 
O, konqresmenlərdən nəqliyyat infrastrukturunun yenilənməsi üçün təklif olunan planı dəstəkləməklərini xahiş edib.

"ABŞ Yaxın Şərqdə hərbi fəaliyyətinə 6 trln. dollar xərcləyib. Amma bizim infrastrukturumuz dağılmaq üzrədir. Təklif etdiyim proqramın əsas mahiyyəti milyonlarla amerikalıya yeni iş yerlərinin açıqlmasıdır", - deyə D.Tramp qeyd edib.

O, həmçinin korporasiyaların mənfəət vergi dərəcələrinin və orta sinifin vergi yükünün kəskin azaldılması bağlı layihə hazırlandığını bildirib.
Bu arada ötən gün "CNBC" kanalına müsahibə verən isveçrəli investor Mark Faber ABŞ administrasiyasının verdiyi qərarların yeni dollarların çap olunmasına gətirib çıxaracağını deyib. O, yürüdülən iqtisadi siyasətin xammal qiymətlərinin artması ilə nəticələnəcəyini da qeyd edib.




[email protected]