ABŞ ixtisaslaşmamış şəxsləri qəbul etmək əvəzinə miqrantların keyfiyyət meyarları əsasında seçilməsi prosedurunu tətbiq etməlidir.
Bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.
"Bu sistem tətbiq edilərsə, biz xeyli üstünlüklər əldə edəcəyik”, - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, bu xeyli vəsaitin qənaət edilməsinə, məvaciblərin artırılmasına, o cümlədən miqrantların orta sinfin nümayəndəsi olmasına yardım edəcək”, - deyə Tramp qeyd edib.
Tramp real və müsbət immiqrasiya islahatının həyata keçirilməsinin mümkünlüyünə ümid etdiyini bildirib: "Bu islahatın icrası təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika qanunlarına hörmətin bərpasına kömək edəcək”.