“O sәs Türkiyә”nin sәsi “Sarı Gәlin” - hәmyerlimiz Türkiyәni heyran qoydu
TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsində çıxış edən azərbaycanlı iştirakçı Mehman Tağıyev hər kəsi özünə heyran edib.
Həmyerlimiz "Sarı gəlin" xalq mahnısını ifa edib. O, performansı ilə Sibel Can, Murat Boz, Hakan-Gökhan və Hadisəni özünə tərəf döndərə bilib. Münsiflər ifaçının səsini çox bəyəndiklərini deyərək, ondan ikinci dəfə "Sarı gəlin"i ifa etməyini istəyiblər. Sonda həmyerlimiz Sibel Canı seçib
Qeyd edək ki, M. Tağıyev daha öncə "Azərbaycanın səsi" yarışmasında birinci olub.
[email protected]