HEYDƏR ƏLİYEV FENOMENİ
















AYTAC QURBANOVA (VƏTƏNSEVƏR)
Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam 
orta məktəbin şagirdi, məktəbin Şagird Parlamentinin sədri,

"İctimaifikir.az" Xəbər Portalının Uşaq və Gənclər Birliyinin sədri, 
bədii qiraət üzrə respublika qalibi, “Şuşa-270”, 
“Heydər Əliyev-100”, “Gənc Heydərçi” media mükafatları, 
“Dəmir Yumruq” media medalı laureatı

HEYDƏR ƏLİYEV FENOMENİ
 
  Bu diyar nə qədər bəxtiyardır ki,
  Tanrı bu diyara onu bəxş etdi.
  O da var gücüylə heç yorulmadan
  Azərbaycanı qurub bizə bəxş etdi!..

  Bu asand olmadı bir ömür boyu,
  Kim bacarardı ki,keçə bu yolu?
  Müstəqillik adı əbədi oldu,
  Bunu təstiq etdi Öndərin qolu...


Bu fenomenin arxasında qeyri-adi istedad,ilahi vergi,Tanrının çox nadir şəxsiyyətlərə nəsib etdiyi heyrətamiz yaddaş və işgüzarlıq,Vətən və millət sevgisi,xalqına xidmət amacı dayanır. Amma bütün bunlar o fenomeni aydınlatmağa acizdir. Çünki,elə şəxsiyyətlər də var ki, onlar bir xalqın taleyini,müqəddəratını, gələcəyini müəyyənləşdirir. Belə şəxsiyyətlər təkcə fenomen deyil,dövlətin simvoludur. Dünyada millətinin simvoluna çevrilən fenomenlər çox deyil. ABŞ-da GEORGE WASHINGTON, Türkiyədə Mustafa Kamal Paşa,Azərbaycanda Heydər Əlirza oğlu Əliyev!.. Millətlərin yeni epoxası bu şəxslərin adı ilə bağlıdır.
  
           Öyün Azərbaycan,öyün adınla
           Öyün vüqarınla,öyün şanınla.
           Səni pillə-pillə qurub yaradan
          Dahilər dahisi "HEYDƏR"adınla!..


Heydər Əliyev Azərbaycan dövlətinin simvolu, dövlətçiliyinin banisi, millətinin taleyini, müqəddəratını həll edən "MİLLİ LİDER"kimi əbədiləşib. O Azərbaycan xalqının Türk dünyasına və dünya siyasətinə bəxş etdiyi Nadir Fenomenidir. Hər ötən il H.Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini, uzaqgörənliyini bir daha üzə çıxarır. Zaman Ümummilli Lider H.Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır. Onun Vətənimizin bu gününə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir.
Ulu Öndər H.Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Milli-mənəvi dəyərlərimizin yaşadılmasına daim əhəmiyyət verən Ümummilli Liderimiz H.Əliyev "Kitabi-Dədəqorqud" dastanının öyrənilməsi,təbliği və dünyada tanıdılması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. 2000-ci ildə dahi rəhbərin fərmanı ilə "Kitabi-Dədəqorqud" dastanının 1300 illiyi dünya türkoloqlarının və türkdilli ölkə başçılarının iştirakı ilə yüksək səviyyədə qeyd edilib.
O hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edirdi. Ömrünü xalqının xoşbəxt yaşamasına,Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ulu Öndər H.Əliyev daim xalqına arxalanaraq zəngin dövlətçilik təcrübəsinə və yüksək idarəetmə bacarığına söykənmişdir. Çox qətiyyətli qərarlar qəbul edərək Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş,ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir. O hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin müstəqilliyinin sütunlarını yaratmağa başlamış,bütün fəaliyyətini bu istiqamətə yönəltmişdir.
  
   Müstəqillik idi onun amalı,
   Köksünə yazmışdı o bu şüarı.
   Tarixə,bəşərə,ada sığımayan,
   O idi xalqının tək xilaskarı.


Heydər Əliyev fövqəladə istedadı,dərin zəkası və fəhmi,fenomen biliyi və intellektual səviyyəsi ilə milli-bəşəri insan idi. Dünya miqyaslı siyasətçi öz xalqının vətəndaşlıq zirvəsini yaratmışdı. Xalqına,torpağına ülvi məhəbbəti təkrarsız idi.Heydər Əliyev xalqa,vətənə,millətə fədakar və əvəzsiz xidməti ilə Azərbaycan tarixinin 4 qızıl səhifəsini yaratdı.
 I tarix: SSRİ Dövlət Təhlükəsizliyi sistemində leytenantlıqdan general rütbəsinədək keçdiyi yolda xalqın mental dəyərlərini və milli ziyallıların ruhunu qorudu.
II tarix:Xalqın,Respublikanın rəhbəri kimi Azərbaycanın mənəvi, iqtisadi-sosial inkişafını təmin etdi.
III tarix:SSRİ-nin rəhbərlərindən biri kimi dünya arenasında Azərbaycanlı Lider kimi Respublikamızı tanıtdı.
IV tarix: Müstəqil Azərbaycan dövlətini yaratdı.
Heydər Əliyevin fəaliyyətində hər 3 dövr 4-cü tarixə-müstəqil dövlətçilik tarixinə hazırlıq idi. Heydər Əliyev fəaliyyətinin 4-cü mərhələsi Azərbaycanın ən ağır dövrünə aiddir. Ziyallılar, millətin mənafeyini düşünən kəslər xalqın son ümidi olan Heydər Əliyevi təhkidlə Bakıya çağırdı. Heydər Əliyev xalqın səsinə,harayına cavab verib ikinci dəfə hakimiyyətə qayıdıb Azərbaycanın mənafeyi boyda ağır bir yükü çiyinlərinə götürür. Taleh Azərbaycan xalqının üzünə güldü. Güclü qasırğada taleyin ümidinə buraxılmış gəmi kimi batmaq təhlükəsində olan Azərbaycan adlı gəminin sükanı arxasına keçən Heydər Əliyev az bir zaman kəsiyində ölkənin möcüzəyə çevrilməsinin əsasını qoydu. Və az bir müddətdə beynəlxalq standartlara cavab verən dövlət quruculuğuna başladı. Bu qərinələrlə,əsrlərlə dövlətçilik təcrübəsi olan dövlətlərin başçılarını,siyasi xadimlərini heyrətə qoydu. Heydər Əliyev çağdaş Azərbaycan dövlətçilik tarixinin canlı əfsanəsi idi. O qısa müddətdə Azərbaycan dövlət demokratik parlamentini formalaşdırdı.Sıfırdan başlayaraq ordumuzu qurdu.Avropanın inkişaf etmiş dövlətlərinin 50-60 ildə nail ola bilmədiyi hüquqi,demokratik dövlət atributlarını yaratdı.Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.Məhs xalqın istək və tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində gəncliyin inkişafında yeni mərhələnin əsası qoyuldu və dövlət gənclər iyasəti nəticələr verməyə başladı. Azərbaycan rəhbəri və SSRİ-nin rəhbərlərindən biri kimi dünyada tanınan Heydər Əliyev Fenomeninə müstəqil Azərbaycanın qurucusu kimi dünyanın ictimai-siyasi və dövlət xadimləri bu şəxsiyyətin fəaliyyətini elə dünyəvi müstəvidən daha maraqla təhlil etməyə başladı. Heydər Əliyev Fenomeni bənzərsizliyi ilə möhtəşəmdir, əzəmətlidir,əbədiyyət timsalıdır. Ümummilli Lider Heydər Əliyevin tək bir nigaranlığı var idi, arzularının şah ünvanında yerləşən bir şüar vardı:
"ŞUŞASIZ QARABAĞ,QARABAĞSIZ İSƏ, ÜMUMİYYƏTLƏ AZƏRBAYCAN YOXDUR!"
  
Şuşaya gedəcəyik, onsuz demişdi,
Ata nəsihətin də belə vermişdi.
Ona sadiq olan dəmir yumruqdan,
Tarix oğullar da yetişdirmişdi.


 Tariximizin yaddaşında "Heydər Əliyev İli"adıyla qalan 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyini Şuşada keçirtdi. Və Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına öz ürək sözlərini söyləyərək "Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir" deyə bildirdi. Zəfər salnaməmizin rəmzi olan "Dəmir Yumruq"un bu gün birlik rəmzimizə çevrilməsi bizim Heydər Əliyevin ideyalarına sadiqliyimizin bariz nümunəsidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında keçirilən "Zəfər" paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizdir. Və bu gün Heydər Əliyev kursunun layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata nəsihətini yerinə yetirərək dünya Azərbaycanlılarının alnıaçıq,üzüağ şəkildə haqlı olaraq müstəqil,bütöv Azərbaycanla fəxr etdiyini, böyük,məğrur yenilməz xalq olaraq döyüş meydanında düşmənə yerini göstərdiyimizi bir daha bütün dünyaya sübut etdi.
 
İndi ruhu şaddır Heydər babanın,
Çünki bayraqları Azərbaycanın
Şuşada, Laçında, Qarabağdadır,
Qarabağ bizimdir, Azərbaycandır!


Bu məqalə "Zirvədəki Azərbaycanlılar" kitabının 23-cü hissəsində işıq üzü görüb. 

03.12.2024



[email protected]