Müzəffər Sərkərdəyə qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayır və dəstəyimizi ifadə edirik!

 Müzəffər Sərkərdəyə qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayır və dəstəyimizi ifadə edirik!
Rəhimova Rəqibə Cəfər qızı 
Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

Sözün əsl mənasında, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olan cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin əmin etdiyi kimi, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər gördü, hələ də bu istiqamətdə işlər görməkdədir və həqiqətən də, məqsədyönlü, uğurlu siyasət yürütdüyü də günün reallığıdır. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, deyən Ümummilli Lider Heydər Əliyevin haqlı olduğu artıq çoxdandır ki, öz təsdiqini tapıb.
Xatırladığımız kimi, hələ 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”, deyə xalqı əmin etmişdi Ümummilli Liderimiz. İndi təkcə Azərbaycan xalqı deyil, Ali Baş Komandanın rəhbərliyi, uzaqgörənliyi, liderliyi, qətiyyəti və bacarığı ilə torpaqlarımızın işğaldan azad olunduğunun şahidi olan bütün dünya ictimaiyyəti belə Ulu Öndərin dediklərinin həqiqət olduğuna artıq tam əmin oldu.
2003-cü il, 15 oktyabr tarixində keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxunun cənab İlham Əliyevə səs verməsi təsadüfi deyildi. Şübhəsiz ki, xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin davamlı olaraq qorunmasına vermişdi və qısa bir zamanda yanılmadığına əmin oldu. Ümummilli Liderin siyasi kursuna sadiqliyini, sevgisini nümayiş etdirən xalqımız ona inamını da sübut etdi, sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu təsdiqlədi və ölkədə bu siyasətə alternativin olmadığına əminliyini ifadə etdi. Əlbəttə, əbəs yerə deyildi ki, cənab İlham Əliyev xalqın səsinin mütləq əksəriyyətini qazandı və artıq çoxdandır ki, bu seçimin doğru olduğu hər mənada öz təsdiqini tapıb.
Müzəffər Sərkərdəyə qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayır və dəstəyimizi ifadə edirik!
Ölkəmizdə dayanıqlı inkişaf üçün atılan addımlar əsaslı addımlardır və cənab Prezidentin bu istiqamətdə etdikləri səbəbsiz deyil. Prezidentliyinin ilk ilindən cənab İlham Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atdı və hər kəs görürdü ki, ideoloji əsaslarımızın və vətəndaş həmrəyliyinin möhkəmlənməsinin əsasını, təməlini Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli maraqlarının qorunması təşkil edib. Məzh bu siyasət, bu strategiya həmrəyliyi daha da möhkəmləndirib və hətta bu siyasət sayəsində müttəfiqlərimizin belə sayı durmadan artıb, yenə də artmaqdadır.
Ən vacib məsələ, məqsəd suverenliyin, təhlükəsizliyin qorunması, ərazi bütövlüyünün bərpası, ölkəmizin hərtərəfli inkişafı, vətəndaşlarımızın firavan yaşayışı olub hər zaman. Məhz bu səbəbdən də, ölkə başçısının rəhbərliyi ilə görülən işlərin məntiqi nəticəsi olaraq, ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqlar çox qısa zamanda işağldan azad edilib. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və buna görə bizim hamımız, ilk növbədə, Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, canını sipər edən əsgər və zabitlərimizə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq və xalqımızın həmrəyliyi də burada xüsusilə vurğulanmalıdır. Etiraf edək ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması görülən işlərin məntiqi nəticəsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü ilə Azərbaycanın haqq işi uğrunda mücadiləsi, tarixi ədalətin bərpası üçün apardığı müharibə, nəhayət, zəfərlə yekunlaşdı. Məhz Ali Baş Komandanın gərgin əməyinin, səylərinin, qətiyyətinin, uzaqgörənliyinin, liderlik qabiliyyətlərinin sayəsində biz ərazi bütövlüyümüzü bərpa etdik. Bəli, məhz cənab Prezidentin yürütdüyü uğurlu siyasət və nəticədə də suverenliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası xalqımızı bütün dünyada mübariz, müzəffər xalq kimi tanıtdı.
Müzəffər Sərkərdəyə qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayır və dəstəyimizi ifadə edirik! 


26.01.2024




[email protected]