Ümummilli Lider Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir

Ümummilli Lider Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdirBu gün bütün türk dünyası, siyasət meydanının  zirvəsini fət edən və müstəqil dövlətimizin ay-ulduzlu bayrağını, xalqının azadlıq məəşəlini zirvələrə qaldıran dahi siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür.
Ulu Öndər, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev 2003- cü il dekabrın 12-sində ömrünün 80-ci ilində vəfat etdi. Onun vəfatı xalqımızı sözün həqiqi mənasında çox ağrıtdı.
Heydər Əliyevin dövlət quruculuğu siyasəti, onun idarə etmə strategiyası, siyasi xadim peşəkarlığı təkcə bir ölkənin inkişafı ilə şərtləşməyib bütün dünya xalqlarının faydalana biləcəyi bir siyasi məktəb kimi tanınırdı. Həm də bu məktəb möhtərəm Heydər Əliyevin uzun illəri əhatə edən rəhbərlik təcrübəsi ilə məhtudlaşmır. Heydər Əliyev siyasi fəaliyyətində təcrübə ilə nəzəriyyəni, tarixi biliyi birləşdirmiş, siyasəti elm qədər yüksək dəyərləndirən bir analitik dövlət xadimi idi.
Heydər Əliyev siyasət haqqında belə düşünür və siyasətə belə qiymət verirdi: " Şübhəsiz ki, bütün elmlər cəmiyyət üçün, xalq üçün, bəşər üçün əhəmiyyətlidir. Amma siyasət elmi deyə bilərəm ki, ən çətin sahədir. Siyasət sahəsində fəaliyyət göstərmək, həm də bu sahədə naliyyətlər əldə etmək siyasətini elmi əsaslarını mənimsəmək və siyasəti bu əsaslar üzərində aparmaq böyük məharət, böyük fitri istedat tələb edir.”
Azərbaycanda 1991- ci ildə əldə edilən milli müstəqilliyimiz, idarəçilik, işindən xəbərsiz, siyasi səriştəyə malik olmayanların zəifliyi ucbatından təhlükə altına düşdükdə, onun dəyərini bilənlərlə bərabər indiki müxalifətin, o vaxtkı iqtidarın yekdil çağrışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev böyük zəhmət hesabına onu sürətlə inkişaf etdirməyə başladı. O, zamandan başlayaraq xalq, millət özü haqqında, mənəvi dəyərləri, və  cümlədən dil məsələsi, onun dövlət statusu haqqında düşünməyə başladı. Beləliklə müstəqillik dövrünün ən böyük uğurlarından biri məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi oldu. Xalq üçün din də dil qədər mühüm zəruri məsələdir. Bütün qəlbi ilə, ruhu ilə milli adət-ənənələrimizə bağlı olan, İslam dininin uca tutulmasına çalışmış, bu sahədə yüksəlişlərin, həqiqi rəhni olmuşdur.
 Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir.
Məhz müdrik siyasəti sayəsində Ulu öndərimiz Heydər Əliyev xalqımızın yaddaşında unudulmaz rəhbər, dövlət xadimi olmaqla bərabər dünya siyasət sisteminda, dünya siyasət tarixində müdrik siyasət məktəbi qoyub getmiş bir lider olaraq xatırlanır və dəyərləndirilir. Bu gün dövlət quruculuğunun elə bir sahəsi yada düşmür ki, orada inkişafın zəifliyi müşahidə olunsun. Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün hamımızın qürur yeridir. Biz fəxr edirik ki, bütöv Azərbaycanın vətəndaşlarıyıq.
 Ümummilli Lider Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir

YEGANƏ BAXŞƏLİYEVA

Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin

riyaziyyat müəllimi, "Qızıl qələm",

"Zəfər" media mükafatı laureatı






[email protected]