Ulu öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının təəssübünü çəkən milli lider idi

Ulu öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının təəssübünü çəkən milli lider idi 
Ulu öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının təəssübünü çəkən milli lider idi. 
Ulu Öndər respublikamıza rəhbərlik etdiyi 1993-2003-cü illərdə dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşdirdi. Heydər Əliyev Bakıda dünya azərbaycanlılarının qurultaylarını keçirməklə, səfər etdiyi ölkələrdə Azərbaycan diasporunu yaratmaqla, diaspor rəhbərləri ilə görüşməklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsini yaratmaqla bir daha sübut etdi ki, o, bütün azərbaycanlıların rəhbəridir və xalqımız ona  ümummilli lider adını təsadüfən verməyib.
Heydər Əliyevin həyat fəlsəfəsinin öyrənilməsi və gənc nəsillərə təbliğ olunması yeni çağırışlara cavab verən vətənpərvər gəncliyin yetişdirilməsində  mühüm amilə çevrilməlidir. 
Ulu Öndərin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlətçilik ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. 
Zaman ötdükcə, xalqımız Ulu Öndəri sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, Heydər Əliyev olmasaydı, müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920-ci illərdə əldə etdiyimiz müstəqillikdən də qısa olacaqdı. Ulu Öndərin böyük qayıdışı nəinki Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. 
Heydər Əliyevin həyat fəlsəfəsi onun strateji düşüncəsindən doğan əməli fəaliyyəti ilə çuğlaşır. Heydər Əliyev heç vaxt başladığı işi yarımçıq qoymurdu. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi onun milli təfəkkürünün və əqidəsinin məhsulu idi. Azərbaycanın bütövlüyünün qorunması onun həyat kredosunun əsas fəlsəfəsidir. Ümummilli Liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, ölkəmizi gələcəyə inamla baxan güclü bir dövlətə çevirib.
Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın gözəl gələcəyi var.
İndi tam əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində bu şərəfli siyasi yolu Prezident İlham Əliyev çox məharətlə davam etdirir.
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Beləliklə də, Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda, dünya miqyasında siyasi fiqura çevrilməkdədir.
Ulu öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının təəssübünü çəkən milli lider idi 
 
QULİYEVA LAMİYƏ İLHAM QIZI
N.S.Teymurov adına 231nömrəli 
tam orta məktəbin direktoru





[email protected]