Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
Azərbaycan dünyagörüşündə qadının yeri çox ucadır. Milli təfəkkürümüz üçün o, ən ali dəyərlərimizin ünvanıdır. Qadın keçmişin həyati əhəmiyyətli adət və ənənələrini nəsillərə ötürür. O, cəmiyyətin bütövlük rəmzi, elin, yurdun, ocağın abadlığı, möhtəşəmliyidir. İnkişafa doğru gedən yollar, atılan müdrik addımlar, qazanılan böyük uğurlar bu nəcib zümrənin fədakarlığı və zəkası sayəsində başa gəlir.
Belə nümunəvi xanımlarımızdan biri də müəllim,jurnalist,şairə,neçə-neçə kitab müəllifi,İctimaifikir.az Xəbər Portalının rəhbər müavini Mahilə Qurbanovadır. Mahilə Qurbanova həm Azərbaycanda, həm də ölkə daxilindən kənarda müəllifi olduğu "Zirvədəki Azərbaycanlılar" kitabının ərsəyə gəlməsində və təqdimatında zəhməti əvəzolunmazdır. Qeyd edək ki,"Zirvədəki Azərbaycanlılar" kitabının yeni layihəsi olan "Bir Millət iki Dövlət" layihəsinin direktoru Mahilə Qurbanova bu mövzuyla əlaqədar qardaş ölkəmiz Türkiyədə bu yaxınlarda geniş tədbirlər təşkil edərək, Azərbaycanı layiqincə təmsil edib Vətənə döndü.
Bu gün Mahilə xanımın ad günüdür.
Xəbər Portalının rəhbəri Nahidə Aslanqızı başda olmaqla redaksiya heyyətinin bütün kollektivi,"Zirvədəki Azərbaycanlılar" layihəsinin kollektivi,"Bir Millət İki Dövlət" layihəsinin iştirakçıları:
İsa Yılmaz, Orhan Kaymak, Güler Dişbudak, Fatma Hicret Ün, Muhammed Ayber, Mustafa öğretmen və digərləri təbrik edir, ona yaradıcılıq uğurları, nailiyyətlər arzulayırıq!
[email protected]