İnsan həyatda qarşısına məqsəd qoyaraq irəliləməyə, əsl vətəndaş adını doğrultmağa daim can atmalıdır. Xüsusilə vətənpərvər ruhda yetişmək insanı daha məsuliyyətli, daha çalışqan, daha uğurlu olmağa sövq edir. Vətənpərvərlik həm də Vətəni naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə tövsiyə edirdi
Bu gün ölkəmizin müxtəlif sahələrində Vətənimizə ləyaqətlə xidmət edən, əsl vətəndaş mövqeli azərbaycanlılarımızı bu yazıda təbrik etmək istəyirik. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyinə, Azərbaycanın çiçəklənməsi naminə çalışdığı sahədə göstərdiyi nümunəvi xidmətlərinə görə media mükafatına layiq görülmüş peşəkar azərbaycanlılarımızı sizlərə təqdim edir və bir daha onları səmimi qəlbdən təbrik edirik:
ORUCOV ELÇİN MEYVƏDDİN OĞLU
DİN-in Polis Akademiyasının "Dil hazrlığı" kafedrasının rəisi,
polis polkovnik-leytenantı
HACIYEVA SÜRƏYYA YAŞAR QIZI
6 nömrəli poliklinikanın fizioterapiya şöbəsinin müdiri
QULİYEVA LAMİYƏ İLHAM QIZI
N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin direktoru
HÜMBƏTOVA ÜLVİYYƏ MÜRŞÜD QIZI
58 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
[email protected]