Yanvar-iyul aylarında Azərbaycandan 42,3 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac olunan məhsulun dəyəri isə 56,2 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin müvafiq aylarında Azərbaycandan 9,6 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac edilib, həmin ixracın dəyəri 16,9 milyon dollar olub.