Xeyirxah, səmimi, nəcib insan

 Xeyirxah, səmimi, nəcib insan
Mehriban xanım öz səmərəli fəaliyyəti ilə həm xalqımızın məhəbbətini qazanmış, həm də cənab Prezident İlham Əliyevin sədaqətli silahdaşı kimi gücünə güc qatıb. Gənc yaşlarından  dünyaca şöhrətli bir şəxsiyyət- Heydər Əliyev siyasi məktəbini keçməsi, qazandığı zəngin sosial-mənəvi etimad kapitalı, əsas xarakter cizgilərindən olan insani nəciblik və mərhəmət duyğuları onun kamil bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynayıb. Təbiidir ki, insanın yetişməsində genetikanın da böyük rolu vardır. Mir Cəlal kimi böyük ədibin, Nəsir İmanquliyev kimi insani keyfiyyətlər mücəssəməsi olan jurnalistin nəvəsi, Arif Paşayev və Aida İmanquliyeva kimi görkəmli alimlərin övladı olmaq, onların nəcib ideallarını  yaşatmaq və davam etdirmək kimi missiya daşıyan Mehriban xanım milli ziyalılıqda yeni bir örnək yarada bilib. Onun yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun imza atdığı nəhəng layihələr təkcə Azərbaycanda deyil, dünyada çox böyük rəğbət qazanmış, Azərbaycan dövlətinə və xalqına şərəf və şöhrət gətirib  Mehriban  xanım Əliyeva Azərbaycan xalqının adət və ənənələrinə, mili-mənəvi dəyərlərinə verdiyi önəmlə milyonlarla insanın qəlbində özünə əbədi məhəbbət qazanıb.
Mehriban xanım Əliyeva çoxlu mükafatlar alsa da, ən böyük mükafat olan xalqın məhəbbətini, ehtiramını qazanmağı ilə fəxr edir. Milyonlarla insanın sevimlisinə çevrilmək, xeyirxah, səmimi, nəcib insan olaraq şöhrət qazanmaq  bütün mükafatlardan üstündür. Bu keyfiyyətləri özündə, ruhunda, varlığında illərdir yaşadan şəxsiyyətin - Mehriban xanım Əliyevanın doğum gününü xalqımızın  bütün qədirbilən övladları qeyd edir və ona ilk növbədə cansağlığı, millət və Vətən uğrunda apardığı mücadilədə uğurlar diləyirlər.
Mehriban xanım Əliyeva şəfqət və xeyirxahlıq simvoludur. Mən də Azərbaycanın birinci xanımı, ölkəmizin I vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya  bu illər ərzində gərgin zəhmət bahasına əldə etdiyi nailiyyətlərinə, uğurlarına və bəşəri dəyərlərin qorunması sahəsindəki xidmətlərinə görə təşəkkür edir, şəfqətin və xeyirxahlığın simvoluna çevrilmiş Mehriban xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm!
 Xeyirxah, səmimi, nəcib insan
 İskəndərova Kəmalə Osman qızı
ADPU-nun Kimya və biologiya fakültəsinin
"Analitik və üzvi  kimya”  kafedrasının dosenti,
kimya üzrə fəlsəfə doktoru,
"Heydər Əliyev-100” media mükafatı laureatı
 

26.08.2023



[email protected]