Prezident Gitanas Nauseda: Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə yaxınlaşdıra bilər

Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər. Bizim bugünkü özgüvənimiz son on il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir. Bu, Litvaya Rusiyadan enerjinin, o cümlədən neft, elektrik enerjisi və təbii qazın təchizatını tamamilə dayandıran ilk Avropa ölkəsi olmağa imkan verdi.


Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib.

Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerjinin həm qurudakı, həm də dənizdəki bərpaolunan enerji mənbələrindən generasiya olunduğunu vurğulayan Litva Prezidenti bildirib: "Bu, bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər”.

 







[email protected]