Özbəkistanda Daşkənd Beynəlxalq İnvestisiya Forumu ("TIIF-2023”) keçirilir.
ictimaifikir.az xəbər verir ki, forumun açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib.
"TIIF-2023”də Avropa İttifaqı ölkələri, ABŞ, Böyük Britaniya, MDB ölkələri, Türkiyə, Çin, Cənub-Şərqi Asiya ölkələri, Hindistan, Misir və Yaxın Şərq dövlətlərindən olmaqla 2500-dən çox qonaq iştirak edir.
Aprelin 28-dək davam edəcək tədbirdə plenar sessiyalar, dəyirmi masalar, bir sıra böyük investisiya sazişləri və ticarət müqavilələrinin imzalanma mərasimlərinin, işgüzar dairənin aktual mövzuları, o cümlədən investisiya sektorunun inkişaf tendensiyaları, maliyyə institutlarının rəqəmsallaşması, müasir pul-kredit siyasəti üzrə debatlar keçirilir.
Ölkəmizi forumda Azərbaycan iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təmsil edir.