Hər bir dövlətin milli atributlarındn biri və bəlkə də, ən mühümü Milli ordunun yaradılmasıdır. Azərbaycan Dövlətinin də ərazi bütövlüyünü, müstəqilliyini qorumaq üçün belə bir ordunun yaradılması mühüm zərurət olmuşdur. 1918-ci ildə mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycan silahlı qüvvələrinin yaradılması təmin edilmişdir.
İlk dəfə həmin tarixdə yaradılan kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilmişdir. İlk dövrdə hərbi qüvvələrin heyət sayı 600 nəfər olmuşdur. Bunlar isə, əsasən könüllülərdən ibarət olmuşdur. Çar Rusiyası dövründə yaradılmış və tatarlardan ibarət süvari qoşun "Dikaya diviziya” adlanırdı. "Dikaya diviziya”nın əsasında formalaşmış "Azərbaycan korpusu”na general Əliağa Şıxlinski rəhbərlik etmişdir, şəxsi heyəti 5000 nəfərdən ibarət olmuşdur.
Şəkildə: AXC dövründə Azərbaycan korpusu
Hələ XIX əsrin sonlarında (1894-1899) doğulmuş bütün müsəlman vətəndaşlar hərbi qulluğa çağırılırdılar. Lakin AXC dövründə ölkənin və ordunun sürətli inkişafı, zabit kadrların yetişdirilməsi Rus İmperiyasını qorxuya salırdı. Buna görə də 1920-ci ildə AXC süquta uğrayandan sonra Rus imperiyasının ilk işi hərbi nazirliyi ləğv etmək və Azərbaycan ordusunun 21 generalından 15-ni güllələmək olmuşdu.
Hamımıza məlum olan bir fakt da vardır ki, SSRİ dövründə Müttəfiq müsəlman respublikalarından və Azərbaycandan Hərbi xidmətə çağırılan gənclər xidmət dövründəbir çox hallarda hərbi məsələlərdən uzaq tutulur, tikintidə, yeməkxana- larda və bu kimi qeyri-hərbi sahələrdə çalışdırılırdılar.
Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda hərbi məktəblər açıldı. ADPU-nun nəzdində Hərbi fakültə fəaliyyətə başladı. Eyni zamanda gənclər hərbi təhsil almaq üçün Rusiyaya və başqa ölkələrə göndərildilər.
Azərbaycanındövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı iləMüdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Bütün bu proseslərin nəticəsi olaraq Azərbaycanda mükəmməl ordu formalaşdı. Yüksək ixtisaslı zabit kadrlar yetişdi. Nəticədə Azərbaycanın 30 il düşmən tapdağında olan əraziləri 44 günlük savaş nəticəsində azad edildi. Yalnız bu savaş adi savaş, adi müharibə deyildi. Azərbaycan ordusu müasir müharibənin yeni modelini dünyaya nümayiş etdirdi. Bütün dünya ölkələrinin gözləri Azərbaycan dikildi. Müasir texnologiyalardan, dronlardan müvəffəqiyyətlə istifadə edərək düşməni qaçmağa məcbur edən Azərbaycan əsgəri bütün dünyaya sübut etdi ki, dünya lideriərinin və onların "ağıllı təşkilatlarının” (Minsk qrupu nəzərdə tutulur) 30 ildə görə bilmədiyi işi Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə yerinə yetirdi. Bir-birinin ardınca torpaqlarımız azad edildi. Topun, tüfəngin, ağır artilleriyanın iştirakı olmadan səssiz-səmirsiz azad edilən Şuşa savaşı dünyanı heyrətə gətirdi. Azərbaycan əsgəri Müasir Azərbaycan tarixini qanla yazdı. Dünya hərb tarixinə imza atdı.
Azərbaycan ordusunun peşəkarlığı düşmənin özünü də dəhşətə gətirmişdi. Hətta erməni əsgərlərinin gözləri o qədər qorxmuşdu ki, onlar Azərbaycan əsgərini qeyri-adi xüsusiyyətlərə malik, ölməz bir varlıq hesab edirdilər. Erməni əsgərin Azərbaycan əsgəri haqqında dedikləri: "Onlar insan deyildilər. Onlara güllə dəyirdi, yıxılıb yenə ayağa qalxırdılar. Onlar zombi kimi idilər. Silahları olmayanda dişləri ilə düşmənin boğazını dişləyib oldürürdülər...”.
Azərbaycan əsgəri haqqında mif də belə yarandı. Əsgər Cəbrayıl Dövlətzadə erməni generalını dişləri ilə boğub öldürmüşdü. Deməli, ermənilərin danışdıqları mif deyil, həqiqət idi. Gizir Orxan Cəfərli yaralanıb silahını itirdikdən sonra dəmir kaskası (papağı) ilə düşmən zabitinin başına vura-vura onu da öldürmüş və özü də şəhadətə qovuşmuşdu.
İndi bizim güclü ordumuz var. Çünki Orduya rəhbərlik edən uzaqgörən, hərbi və siyasi cəhətdən savadlı, təcrübəli, əcnəbi dövlətlərin liderlərini, jurnalistlərini ingilis, rus, türk dillərində başa salıb, onlara yerini göstərən, həqiqəti anladan Ali Baş Komandanımız var. Ən mühümü isə Azərbaycan əsgərinin ürəyində vətən sevgisi, torpaq sevgisi var ki, bu, bütün silahlardan daha güclüdür. Erməni tərəfi 30 il işğalda saxladığı torpaqlarda beton barrikadalar qurmuş, sədlər çəkmişdilər. Hər şeyi düşünmüşdülər, yalnız Azərbaycan əsgərinin ürəyindəki vətən sevgisini, çətin anda xalq və dövlətin birliyini düşünməmişdilər.
Biz həmişə fəxr etmişik, bu gün də ordumuzla fəxr edirik. Belə oğullarla Vətən basılmaz. Var olsun Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır! İrəvan Azərbaycandır! Təbriz Azərbaycandır! Yeni qələbələrə doğru irəli, Azərbaycan!