Sumqayıt 38 saylı orta məktəbin müəllimin şagirdlərinin uğuru

Sumqayıt 38 saylı orta məktəbin  müəllimin şagirdlərinin uğuru 

"Əsas məsələ tarixi yaratmaqdır, özü də elə tarix ki, tarixçilər onu yazanda qürur hissi keçirsinlər”. Bu sözlərin müəllifi Ümummilli lider Heydər Əliyev hər bir kəsin çalışdığı sahədə tarix yaratmasını müstəqil dövlət quruculuğunun, onun inkişafının başlıca şərti hesab edirdi. Təbii ki, bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında addımlaması məhz Ulu öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərinin həyatda, gerçəklikdə özünün tam təsdiqini tapması ilə bağlıdır. Azərbaycanın bütün parametrlər üzrə inkişaf etmiş dövlətlərlə bir cərgədə olması bu gün ən yüksək tribunalardan etiraf edilməkdədir. Respublikamız siyasi, iqtisadi, mədəni, elmi-texnoloji və digər sahələrdə bəşəriyyətə öz töhfələrini vermir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı ilə respublikamıda gedənabadlıq və quruculuq işləri ölkəmizəgələn hər kəsi heyrətləndirir və onlar bu işləri dünyanın yeni möcüzəsi kimi dəyərləndirirlər. 

Son illərdə uğurları ilə öyünə bildiyimiz sahələrdən biri də təhsildir. Belə ki, əksər orta və ali təhsil müəssisələrimiz dünyanınaparıcı təhsil şəbəkələri sırasına daxil olmaqdadır. Orta məktəblərimizdə də uğurları ilə öyünə biləcək müəllimlərimizin sayı ildən ilə artmaqdadır. Belə müəllimlərdən biri Sumqayıtşəhər 38 saylı orta məktəbin informatika müəllimi Gülnar Əlövsətqızı Allahverdiyevadır. O bu il bir çox uğurlaraimza atmışdır: AmerikaRiyaziyyatçıları Konqresinin keçirdiyi müsabiqənin qalibi olmuş, Avropa Təbiət Elmləri Akademiyasının Fəxri İxtiraçısı adına layiq görülmüş və nəhayət bu il media tərəfindən keçirilən «Şuşa-270» layihəsinin mükafatçısı olmuşdur. Gülnar müəllimənin bu uğurları şagirdləri tərəfindən müvəffəqiyyətlə davam etdirilmişdir. Belə ki, 1 may 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş "ALPLogo- 2022" proqramlaşdırma olimpiadasında onun xüsusi olaraq hazırlaşdırdığı iki şagirdi 38 saylı tam orta məktəbin şagirdi Zəhra Niyazlı 1-ci yer və Sumqayıt şəhər TETG şagirdi Yusif Cahangirzadə 3-cü yeri tutmuşdur. Bununla bağlı olaraqmüəllimə də xüsusi olaraq mükafatlandırılmışdır. Bu uğurla əlaqədar olaraq Gülnar müəlliməni  şagirdlərini təbrik edirik. Uğurları bol və davamlı olmasını arzulayırıq.




[email protected]