AYTAC QURBANOVA VƏ VƏTƏNSEVƏRLƏR QRUPU

AYTAC QURBANOVA  VƏ   VƏTƏNSEVƏRLƏR QRUPU
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vətəni qorumaq üçün onu  sevmək lazımdır. Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənə olan sevgi, vətənə məhəbbət  insanın daxilindən, qanından,genindən gəlir. Bəli,tanıdığımız vətənpərvərlərdən biri Lənkəran şəhər Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi,Şagird Parlamentinin Sədri, ibtidai siniflərdən ibarət "VƏTƏNSEVƏRLƏR"qrupunun rəhbəri,bədii qiraət  üzrə ardıcıl olaraq 2 dəfə zona birincisi və respublika  qalibi,"Dəmir Yumruq" media medalı mükafatı laureatı Aytac  Azər qızı Qurbanovadır. Aytac Qurbanova hələ kiçik yaşlarından  efir məkanlarında, mədəni -kütləvi ictimai tədbirlərdə, müəllimlərinin ona aşıladığı vətənə olan məhəbbətini söylədiyi şeirlərdə canlandırırdı.Hələ o vaxtlar torpaqlarımız işğal altında idi.Tədbirlərdə etdiyi bütün çıxışlarını
"QARABAĞDA DALĞALANSIN BAYRAQLARIN AZƏRBAYCAN!" arzusu ilə bitirən Aytac Qurbanova "VƏTƏNSEVƏR" adını qazandı. Öz arzusu,istedadıyla hamıdan seçildi.Aytac Vətənsevər hal-hazırda 8 ci sinif şagirdidir.

 O Vətənin müqəddəs olmasını rəhbərlik etdiyi "Vətənsevərlər" qrupu ilə hazırladığı 13 iyun 2022-ci il tarixində keçirtdikləri "ƏZİZ ŞUŞA SƏN AZADSAN!"adlı tədbirində böyük qürur hissi ilə nümayiş etdirdi.Tədbirdə məktəbin direktoru Aqil Sadiyev,  müavinlər- İradə Sadıqova,Səadət Hüseynova,pedaqoji kollektiv,qonaqlar- pedaqoqika üzrə fəlsəfə doktoru, Lənkəranın ilk alim qadını-Tükəzban Cahangirova,Lənkəran şəhər Həzi Aslanov adına ev muzeyinin direktoru-Həcər Nəsirova, Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini-Ağacəfər Fətullayev, Lənkəran şəhər UGİM-in "Tarix-Diyarşünaslıq"dərnəyinin rəhbəri-Aybəniz Əliyeva ,şagirdlər və valideynlər iştirak edirdilər.Himn çalındı,məktəbin direktoru Aqil Sadiyev Şuşa haqqında geniş məlumat verdi.Sonra tədbirin təşkilatçısı Aytac Qurbanova"Bayraq"şeirini çoxdan gözlədiyi, arzusu olduğu "QARABAĞDA DALĞALANDI BAYRAQLARIN AZƏRBAYCAN!"misrasıyla fəxarətlə söylədi. Sonra şəhidlərin ruhu qarşısında baş əydi,qazilərə şəfa dilədi. Sonra söz "Vətənsevərlər"qrupuna verildi. Vətənə aid şeirlər səsləndi. Kompozisiyalar,rəqslər nümayiş edildi,musiqilər ifa olundu.
Ataları səngərdə, gözləri yolda qalan,gecələr atasının şəklinə baxıb yuxuya gedə bilməyən uşaqların obrazını canlandıran tamaşada "Vətənsevərlər" qrupu bir daha Vətənə olan sevgilərini  nümayiş etdilər. Böyük alqışlarla qarşılanan Aytac Vətənsevər Qurbanovanın təşkilatçılığı ilə"Vətənsevərlər"qrupunun hazırladığı ilk tədbir qrupun üzvlərinin media tərəfindən mükafatlandırılması ilə sonlandı. Məktəbin direktoru Aqil Sadıyev bu tədbirin mahiyyəti  və Aytac Vətənsevərin qazandığı uğurları haqqında  fikirlərini söylədi. Qonaqlar kiçik yaşlarından gözləri önündə böyüyən Aytac Vətənsevər haqqında,onda olan bu vətənpərlik hisslərinin,istedadının hələ uşaq yaşlarından izlədiklərini,şahidi olduqlarını söyləyib və bu istedadın ona gendən gəldiyini,təhsil aldığı məktəbin müəllimləri tərəfindən yüksək səviyyədə aşılandığını qeyd etdilər.
AYTAC QURBANOVA  VƏ   VƏTƏNSEVƏRLƏR QRUPU
Bunun üçün onun təhsil aldığı məktəbin rəhbərliyinə və müəllimlərinə təşəkkürlərini bildirdilər. Aytaca və onun "VƏTƏNSEVƏRLƏR"qrupuna böyük uğular və naliyyətlər arzu etdilər. Sonda Aytac Qurbanova Ulu öndər Heydər Əliyevin "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən,təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə,müəllimə borcluyuq !"kəlamını qeyd edərək rəhbərlik başda olmaqla bütün müəllimlərinə minnətdarlığını bildirdi.
Tədbirdə deyilən bütün təbriklərə biz də qoşularaq Aytac Vətənsevərə  və onun qrupuna uğurlar,"Zəfər qoxulu" tədbirlərinin davamlı olmasını arzu edirik!




[email protected]