Şənbə günü Sinay yarımadasında terrorçuların hücumu dəf edərkən Misir ordusunun zabiti və 10 əsgəri həlak olub.
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə bu barədə məlumat Misir Silahlı Qüvvələrinin tviter səhifəsində yerləşdirilib.
"Bir qrup terrorçu Süveyş kanalının şərqindəki su-nasos stansiyasına hücum edib. Hücum dəf olunub. Hücumun qarşısı alınarkən zabit və 10 əsgər həlak olub”, - Misir Silahlı Qüvvələrinin nümayəndəsi tərəfindən yayılan məlumatda belə deyilir.
Onun sözlərinə görə, hücumda iştirak edən silahlılardan beşi yaralanıb, terrorçular Sinay rayonlarının birində mühasirəyə alınıb.