Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili "Şuşa İli” elan edib. Bu münasibətlə Gürcüstanın bütün bölgələrində musiqili ədəbi-bədi tədbirlər keçiriləcək.
ictimaifikir.az xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mayın 7-də Tbilisidə "Şuşa İli"nə həsr olunmuş "Cənnətim Qarabağ" adlı musiqi gecəsindəki çıxışı zamanı söyləyib.
Diplomat deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Gürcüstan dövlətinin və bu ölkədəki soydaşlarımızın dəstəyini hiss etmişik. İnanırıq ki, bu tədbirlər Gürcüstandakı soydaşlarımızın da ürəyincə olacaq.
Səfir bildirib ki, Azərbaycan dövləti sülhün və sabitliyin, inkişafın təhlükəsizliyin tərəfindədir.
"Mən dost və qardaş gürcü xalqına, eləcə də bütün xalqlara sülh və əmin-amanlıq arzulayıram”, - deyə diplomat vurğulayıb.