Rəsmi Berlin Bundesverin ehtiyatından bəzi silah növlərinin Ukraynaya göndərilməsi barədə qərarını elan edib.
RND kanalına istinadla xəbər verir ki, bu yük partiyasına 1000 ədəd tank əleyhinə top və 500 ədəd "yer-hava” sinfinə aid "Stinger” raketi daxil olacaq.
AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bu barədə rəsmi bəyanatla çıxış edib.
Olaf Şoltsun nümayəndəsi deyib: "Silahlar Ukraynaya mümkün qədər tezliklə göndəriləcək”.