Çində yeni avtomobillərin satışı koronavirus məhdudiyyətləri səbəbindən çökür

Çində yeni avtomobillərin satışları koronavirus məhdudiyyətləri səbəbindən çökür.

"Reuters”ə istinadla xəbər verir ki, 2021-ci ilin mart ayı ilə müqayisədə satış 11,7 faiz azalaraq 2,23 milyon olub.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, pandemiya məhdudiyyətləri elektromobillərə marağı azaltmayıb. Bu ölkədə onların satışı iki dəfə artaraq 484 minə çatıb.

Buna baxmayaraq, Çində yeni avtomobillərin tədarükü ilə bağlı çətinliklər martın ortalarından etibarən "Volkswagen” və "Toyota” arasında birgə müəssisələrinin bağlanması ilə əlaqədar qalmaqda davam edir.

Aprelin 9-da Çin istehsalçısı "Nio” logistikadakı problemlərə görə istehsalı dayandırdığını elan edib və bunun fonunda şirkətin səhmləri 8,5 faiz dəyər itirib.




[email protected]