Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst girişinin təmin olunması məqsədilə həmin rayonlarda 18 qurumun yerləşdiyi binanın girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırılıb.
Əlil Təşkilatları İttifaqından
ictimaifikir.az verilən məlumata görə, həmin işlərin görülməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsi çərçivəsində həyata keçirilib.
Müyəssərlik təmin olunan yerlərdə müvafiq işarələr qoyulub, aidiyyətı qurum nümayəndələrinə təlimatlar verilib.