Yaponiyada koronavirus səbəbindən tətbiq olunan fövqəladə vəziyyət uzadılıb.
ictimaifikir.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yoşihide Suqa açıqlama verib. Qeyd edib ki, yoluxma sayı kifayət qədər azalmadığı üçün belə bir qərar verilib
Ölkənin 4 əsas əyaləti olan Tokio, Osaka, Kyoto və Hioqoda fövqəladə vəziyyət daha 20 gün uzadılaraq mayın 31-dək qüvvədə qalacaq.
Fövqəladə vəziyyətin çərşənbə günündən etibarən Ayti və Fukuoka əyalətlərinə də şamil ediləcəyi bildirilib.