AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır

Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaqdır.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, "Azərbaycan Hava Yolları" qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcəkdir. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcəkdir.

www.azal.az saytı vasitəsilə aviabiletləri əldə edə bilərsiniz, habelə mövcud cədvəllə tanış ola bilərsiniz.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

- Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunmuşdur. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-clinics

Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan;




[email protected]