Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 42 milyonu ötüb. "İctimaifikir” bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib.
Belə ki, indiyədək 42 460 208 nəfər koronavirusa yoluxub, 1 148 688 nəfər bu virusdan dünyasını dəyişib, 31 413 534 nəfər sağalıb.
Hazırda dünyada 9 897 960 aktiv koronavirus xəstəsi var ki, onlardan da 76 197-nin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 11-də ÜST koronavirusu pandemiya elan edib.