Türkiyə və Yunanıstan milli bayramlarının qeyd ediləcəyi qarşıdakı həftə Aralıq dənizində planlaşdırdıqları hərbi təlimlərin icrasını təxirə salıblar.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib. Baş katib deyib ki, bu qərarlar arzuolunmaz hadisələrin və qəzaların qarşısının alınması baxımından önəmli addımlardır.
Məlumatda bildirilir ki, təlimləri ləğv etmək qərarı Türkiyənin təklifinə əsasən qəbul edilib.