Uşaqların öskürməsi valideynləri çox narahat edən hallardan biridir. Soyuq fəsillər yaxınlaşdıqca, uşaqlarda soyuqdəymə, burun axması, tənəffüs yollarının qıcıqlanması halları artır.
Öskürək orqanizmdəki narahatlığın xəbərçisi hesab olunur.
Uşaqlar uzun müddətli öskürək zamanı tənəffüs yollarındakı iltihabı aradan qaldırmağa çalışırlar. Bununla yanaşı, uşaqların yanında siqaret çəkilirsə, bu, onların tənəffüs yollarını qıcıqlandıraraq öskürmələrinə səbəb olur.
Əgər öskürmə müddəti 2-3 həftədən çox davam edərsə, daha ciddi problemlərin yaranmaması üçün həkimə müraciət etmək lazımdır.
Əgər uşaq bəlğəmlə öskürürsə, öskürəyə qarşı sirop içmək tövsiyə olunur. Eyni zamanda yatmazdan əvvəl boğazı yumşaltmaq üçün isti içkilər verilə bilər. İlıq ballı, limonlu su içirə bilərsiniz.