Keyfiyyətli çayı bu yolla ayırd edə bilərsiniz - Araşdırma

Çay süfrələrimizin bəzəyi hesab olunur. Lakin təəssüf ki, bazar rəqabəti artdıqca, keyfiyyətsiz məhsulların da satışı artır. Xüsusilə boya maddələri qatılan çaylardan şikayətlər hər gün artmaqdadır.

Keyfiyyətli çayı bu yolla ayırd edə bilərsiniz - Araşdırma

Çayın keyfiyyətli olduğunu aydınlaşdırmaq üçün ilk olaraq qablaşdırmasına diqqət etmək lazımdır. Çayın istehsal tarixi və son istifadə müddəti qutunun üzərində qeyd olunmalıdır.

Qutunun deformasiyaya məruz qalıb-qalmadığı yoxlanılmalıdır. Məhsulu açdığımızda nəm, kif qoxusu yox, çayın ətri gəlməlidir.

Çayı əlimizə aldıqda çay dənələri eyni ölçüdə olmalıdır. Çayda çox incə çay tozları ola bilər. lakin bu tozların çoxluğu çayın bulanıq dəm almasına səbəb olur.

 

Çayda boya maddələrinin olub-olmamasını aşkarlamaq üçün də bir neçə sadə metod var, lakin heç biri qəti bir həll vermir. Bunlardan biri qara çayı soyuq suya atmaqdır. Bir neçə saniyə ərzində qırmızıya çalan bir rəng yaranarsa, bu çayda boya maddəsinin olmasına işarədir.





[email protected]