Şimal-şərq istiqamətində hərəkət edən güclü "Chan-hom" qasırğası Yaponiyanın Sakit okean sahillərinə yaxınlaşır.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, qasırğanın Kii yarımadasında və İcu adalarında leysan yağışlara səbəb olacağı gözlənilir. Şənbə günü günorta saatlarında saatda 20 kilometr sürətlə hərəkət edən qasırğanın Yaponiyanın mərkəzində yerləşən Şiono burnundan 150 kilometr cənubda yerləşdiyi bildirilir. Qasırğanın mərkəzində küləyin sürətinin saatda 108 kilometrə, arabir 144 kilometrə çatdığı qeyd edilir.
Nara prefekturasının İcu adalarında yerləşən Miyake və Kozuşima kəndlərində əhaliyə təxliyə xəbərdarlığı göndərilib.
Çiba prefekturasında qatarların hərəkətində fasilə yaranacağı elan olunsa da, bu xəbərdarlıq sonradan ləğv edilib.
Hakimiyyət orqanları yerli əhalini torpaq sürüşmələrindən, daşqınlardan, güclü küləkdən və hündür dalğalardan qorunmağa çağırıb.