Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin komandanı Fəhd bin Turki əl-Səud, El-Cauf əyalətinin hakiminin müavini, Müdafiə Nazirliyinin bir neçə zabiti və mülki qulluqçusu istefaya göndərilib. Onlar korrupsiyada şübhəli bilinir.
"Qafqazinfo” bildirir ki, bu barədə "SPA” agentliyi xəbər verib.
İstefa Fərmanını Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud imzalayıb.
Silahlı Qüvvələrin yeni komandanı Baş Qərargah rəisinin müavini, general-leytenant Mutlak bin Salem əl-Əzimə təyin olunub.