Somalidə Kismayo şəhərində kamikadzenin hücumu nəticəsində azı 17 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.
Məlumata görə, hücumların hədəfi restoranda olan dinc sakinlər idi.
Hücuma görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma üzərinə götürməyib.