Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində 14 nəfər həlak olub.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, ildırım daha 6 nəfərin xəsarət almasına səbəb olub.
Orissa ştatının şimal-şərq bölgələrində isə şiddətli qasırğa qeydə alınıb.
Qeyd edək ki, Hindistanda hər il ildırm vurmasından yüzlərlə insan həlak olur. 2016-cı ildə bu təbiət hadisəsi 400-dən çox adamın həyatına son qoyub.